David Babayan: Azərbaycanla sülh istənilən halda lazımdırbackend

David Babayan: Azərbaycanla sülh istənilən halda lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla sülh istənilən halda lazımdır, amma bunun nəyin bahasına olduğunu bilmək vacibdir”.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri David Babayan Xankəndidə rusiyalı jurnalistlərlə görüşündə Sputnik Armenia-nın sualını cavablandırarkən deyib.

Babayan son zamanlar Ermənistanın siyasi rəhbərliyi tərəfindən fəal şəkildə elan edilən “sülh gündəmi” barədə danışıb: “Hamı sülh istəyir, istənilən normal insan sülhü müharibədən üstün tutur. Amma nəyin bahasına, bu sualdır. Məsələn, bizim üçün Azərbaycanın bir hissəsi olmağı nəzərdə tutan istənilən status qəbuledilməzdir. Bu, mümkün deyil”.