David Zalkaliani Azərbaycana dəvət olundubackend

David Zalkaliani Azərbaycana dəvət olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri – David Zalkaliani və Ceyhun Bayramov bugünkü telefon danışığı zamanı ölkələr arasındakı dostluq münasibətlərini müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov D.Zalkalianini Gürcüstan baş nazirinin müavini vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və qarşılıqlı əlaqələrin gələcəkdə daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.

Tərəflər Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.