Davtyan: Bu gedişlə Zəngəzurdan sonra İrəvanı da itirə bilərikbackend

Davtyan: Bu gedişlə Zəngəzurdan sonra İrəvanı da itirə bilərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyan elə vəziyyət yaradıb ki, ruslar artıq bizim müttəfiqimiz deyil. Ermənistanın baş naziri indi ruslara qarşı oyun qurub. Nəticəsi isə bizim üçün yaxşı olmayacaq”.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın aparıcı siyasi ekspertlərindən sayılan Ayk Davtyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri rusiyalı sülhməramlıları Qarabağdan çıxarmağa çalışır: “Paşinyan deyir ki, Qarabağ ermənilərin ola bilməz. O zaman sülhməramlıların Qarabağda nə işi var?! Deməli, Paşinyanın son çıxışından bir şey bəlli olur: baş nazir həm də ruslara qarşı oyun qurub. Bu gedişlə Zəngəzurdan sonra İrəvan da itirilə bilər. Əgər rusları daha da incik salsaq, bu belə olacaq. Paşinyan nə müharibənin başlanmasına, nə də məğlubiyyətə görə məsuliyyət daşıdığını söyləyir. Tək bildiyim odur ki, nəticələr bizim üçün heç də yaxşı görünmür”.