Daxili Qoşunların çavuşu minaya düşdübackend

Daxili Qoşunların çavuşu minaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.

Bu barədə NOCOMMENT-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisindəxidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağın dizdən aşağı ətrafı amputasiyası edilib.

Rəsmi məlumata görə, hazırda vəziyyəti stabildir.

Faktla bağlı Ağdam Rayon Prokurluğunda araşdırma aparılır.