Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olundular – RƏSMİbackend

Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olundular – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın silahlı qüvvələri bu gün günorta saatlarında Bərdə şəhərinin mərkəzini reaktiv sistemlərdən atəşə tutub. Nəticədə, mülki əhali arasında ölən və xəsarət alanlar var, infrastruktura ciddi ziyan dəyib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə yaralı vətəndaşların vaxtında xəstəxanalara çatdırılması, şəhərdə və yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, eləcə də, vətəndaşlara məxsus əmlakların, mülkiyyətlərin mühafizəsinin təmin edilməsi üçün Bərdə Rayon Polis Şöbəsinə köməklik məqsədilə müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları təcili olaraq Bərdəyə ezam olunublar.

Hazırda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş şəraitində şəhərdə xidmətlərini davam etdirirlər.