Daxmada yaşayan veterana ev verilməyəcək – RƏSMİbackend

Daxmada yaşayan veterana ev verilməyəcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən Müharibəsi qazisi Məlik Məlikovun daxmada yaşaması ilə bağlı görüntülərə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, nazirlik tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Modenr.az-a açıqlamasında deyib ki, şəhidlərimizin ailə üzvləri və müharibə əlilləri mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda qanunvericiliyə uyğun olaraq, Agentlik tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər.

“Sosial şəbəkələrdə haqqında məlumat yayılan Vətən Müharibəsi iştirakçısı Məlik Məlikov qeyd olunan kateqoriyaya aid olmadığından, yəni müharibə əlili deyil, müharibə veteranı olduğu üçün onun mənzil, ya fərdi evlə təminatı Agentliyin səhahiyyətləri xaricindədir.

Əlavə olaraq qeyd etmək istəyirəm ki, Məlik Məlikov müharibə veteranı olduğu üçün Nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilir”, – rəsmi açıqlamada bildirilib.

Xatırladaq ki, qazi Məlik Məlikovun yaşadığı evin fotolarının ictimailəşdirilməsi sosial şəbəkələrdə geniş rezonans doğurub.