Dəbdəbəli ərazidə baş verən yanğın araşdırılırbackend

Dəbdəbəli ərazidə baş verən yanğın araşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə İzmirin Narlıdere səmtində lüks bir binada çıxan yanğının səbəbi araşdırılmağa davam edir.

NOCOMMENT xəbər verir ki, aprelin 27-də saat 22:00 radələrində Narlıdere rayonunda 4 blok və 168 mənzildən ibarət binanın 3-cü məhəlləsində yanğın baş verib.

Ərazi sakinləri öz imkanları ilə çölə çıxarkən, xəbərdar edilərək bölgəyə çoxlu sayda polis və yanğınsöndürən göndərilib. Qısa müddətdə yanğınsöndürənlər bütün bloku əhatə edən alova müdaxilə ediblər. Gecə saatlarında yanğına söndürən helikopterlər də havadan müdaxilə edib. Bölgədə 70 tibb işçisi, 20 112 təcili yardım maşını və 2 UMKE komandası hazır vəziyyətdə saxlanılıb. Gənclər və İdman naziri Mehmet Məhərrəm Kasapoğlu da bölgəyə gələrək yanğınla bağlı məlumat alıb. Zaman zaman partlayışların da yaşandığı lüks ərazidə baş verən yanğın qrupların gərgin səyi nəticəsində digər bloklara keçmədən 8 saat sonra, dünən saat 06:00-da nəzarət altına alınıb.