Quba sakininin ünvanlı sosial yardımı dayandırılıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sonradan dəfələrlə müraciət etsə də, hər dəfə imtina cavabı alıb.
Rayonun Bağbanlı kənd sakini Turan Sədiyev deyir ki, 2017-ci ildən ünvanlı sosial yardım almaq üçün müraciət edib. Yalnız 2022-ci ildə 9 ay müddətinə bu yardımı ala bilib, sonra isə yenə dayandırılıb.
Turan Sədiyev ona imtina cavabı üçün göstərilən səbəblərin əsassız olduğunu iddia edir.
Vətəndaş Turan Sədiyevin səsləndirdiyi iddialara aidiyyəti qurumun münasibəti isə belə oldu.
Rayon sakini ünvanlı sosial yardımın təyin olunmasını istəyirsə, qeyd olunan səbəbləri aradan qaldırıb yenidən müraciət etməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.