Tramp administrasiyası ABŞ və Hindistan arasında “məhsuldar ticarət danışıqları”nın aparıldığını elan edib.
NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Ağ Evin rəsmi nümayəndəsinin sözlərinə görə, Hindistan neft emalı zavodları artıq Rusiya neftinin idxalını 50% azaldır.
Bu ixtisar Vaşinqtonun təzyiqinin birbaşa nəticəsidir. Məhz Tramp administrasiyası Dehlidən enerji daşıyıcılarının alışı vasitəsilə Rusiyanı maliyyələşdirməyi dayandırmasını tələb edirdi və buna görə də Hindistan mallarına tarifləri iki dəfə artırmışdı.
Amerika tərəfi bəyan edib ki, Rusiya neftinin idxalının azaldılması tariflərin azaldılması və iki ölkə arasında ticarət sazişi üçün əsas şərtdir.
Hindistan mənbələri bildiriblər ki, ixtisar hələ gözə görünmür. Hərçənd bu, dekabr və ya yanvar ayı üçün idxal həcmində əks oluna bilər. Mənbələrin sözlərinə görə, bildirdiyinə görə, neft emalı zavodları artıq noyabr ayı yükləmələri üçün sifarişlər yerləşdirib. Bu sifarişlərə dekabrdakı bəzi tədarük də daxildir.
Onlar əlavə ediblər ki, Hindistan hökuməti Rusiya idxalını azaltmaq tələbi barədə emalçılara hələ məlumat verməyib.
Xatirə SADİQ