Rusiyanın Ufa şəhərində ata üç yaşlı qızını dördüncü mərtəbənin eyvanından atıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhərin meri Ratmir Mavliyev xəbər verib.
Onun sözlərinə görə, uşaq sağ qalıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti olduqca ağır qiymətləndirilir.
Bununla bağlı yayılan kadrlardan aydın olur ki, kişi əvvəlcə evdəki əşyaları, sonra isə uşağını küçəyə atıb. Həmin vaxt qızın anası evdə olmayıb. O, oğlu ilə birgə qonşu şəhərdə sanatoriyada imiş.
Məlumata görə, Polinanın anası Anna Ufada kollecdə ingilis dili müəllimi işləyir. O, ötən gün böyük oğlu Yeqorla birgə planlaşdırılmış müalicə üçün Kalininqrada yollanıb. Yeqorun oynaqları ilə bağlı sağlamlıq problemi var. Üç yaşlı Polina isə evdə atası Andreyin yanında qalıb.
Hadisə yerinə müstəntiqlər daxil olmaqla bütün operativ xidmətlər cəlb olunub. Prokurorluq baş vermiş hadisənin təfərrüatlarını araşdırır.
Andrey elektrik ustası kimi çalışıb və indiyədək heç bir aqressiv davranış nümayiş etdirməyib. Ekspertiza onun hadisə zamanı ayıq olduğunu müəyyən edib. Kişi hələ də etdiyi hərəkəti izah edə bilmir və peşmançılıq hissi keçirmədiyini bildirib.