Dəhşət: Kişi arvadını və özünü öldürdü – Qətlin təfərrüatıbackend

Dəhşət: Kişi arvadını və özünü öldürdü – Qətlin təfərrüatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada əri tərəfindən boğazı kəsilərək qətlə yetirilən Xavər Həsənova müəllimdir.

“NOCOMMENT” Report-a istinadla xəbər verir ki, o, rayon məktəblərindən birinin ibtidai sinifində dərs deyirmiş.

Onların iki övladı var.

xxx

Zaqatalada kişi arvadını və özünü öldürüb.

NOCOMMENT” Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini Qılman Həsənov həyat yoldaşı Həsənova Xavər Şamil qızını qətlə yetirib, daha sonra intihar edib.

Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.