Dəhşətli cinayət: Arvadı və əmisi oğlunu qətlə yetirdibackend

Dəhşətli cinayət: Arvadı və əmisi oğlunu qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Diyarbəkir vilayətnin Ərqani rayonunda kişi arvadını boğaraq, əmisi oğlunu bıçaqlayaraq öldürüb.

NOCOMMENT.az xəbər verir ki, evdən səsləri eşidən ətrafdakı vətəndaşların vəziyyəti səlahiyyətlilərə bildirməsinin ardından hadisə yerinə polis və Təcili Xidmət qrupları gəlib.

Evə girən qruplar biri qadın olmaqla 2 nəfərin cəsədi ilə qarşılaşıb. Müayinədən sonra cəsədlər yarılma üçün təcili yardım maşını ilə Ərqani Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.

Polisə təslim olan şübhəli Y.Ö. O, ifadəsində həyat yoldaşı S.Ö.-nü boğaraq, əmisi oğlu M.T.-ni bıçaqlayaraq öldürdüyünü etiraf edib.

NOCOMMENT.AZ