Dəhşətli hadisə – 14 yaşlı qardaşını öldürdü, anasını isə yaraladıbackend

Dəhşətli hadisə – 14 yaşlı qardaşını öldürdü, anasını isə yaraladı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərzurumun Palandöken rayonunda qardaşı Yəhya Ağdaşı (14) ov tüfəngi ilə vuraraq öldürən, anası Esragül Acıçiməni yaralayan Mustafa Ağdaşın (23) cəzası müəyyənləşib.

NOCOMMENT xəbər verir ki, ana Esragül Acıçimen hadisənin təsadüfən baş verdiyini iddia edərək oğlundan şikayətçi olmayıb.

Hadisə 2022-ci il fevralın 18-də Müftü Solakzadə məhəlləsində baş verib. Mustafa Ağdaş dini nikahda olduğu qadını qısqandığı qardaşı Yəhya Ağdaş və anası Esragül Acıçiməni tüfənglə yaralayıb. Narkotik təsirində olduğu iddia edilən Mustafa Ağdaş daha sonra qardaşına bıçaqla hücum edib. Atatürk Universiteti Araşdırma Xəstəxanasına çatdırılan yaralılardan Yəhya Ağdaş həyatını itirib, anası Acıçimen isə müalicəsinin ardından evə buraxılıb. Nəzarətə alınan Mustafa Ağdaş gətirildiyi məhkəmə tərəfindən ‘qəsdən adam öldürmə’ və ‘qəsdən xəsarət yetirmə’ ittihamı ilə həbs edilib.