DƏHŞƏTLİ QƏTL: Bakıda ər küçədə keçmiş arvadını amansızlıqla öldürdübackend

DƏHŞƏTLİ QƏTL: Bakıda ər küçədə keçmiş arvadını amansızlıqla öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadının qətli ilə bağlı cinayət işi başlanıb.

Bu barədə NOCOMMENT.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xətai rayonunu ərazisində 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.