Qusarda itkin düşən 3 uşaq anasının işgəncələrlə öldürülən meyiti tapılıb.
NOCOMMENT.az -ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Hil kəndində baş verib.
Belə ki, dekabrın 16-ında itkin düşən Qusar rayonunun Hil kənd sakini 32 yaşlı Diana Təyibovanın meyidi kənd ərazisindəki boş evlərin birində tapılıb.
Meyidin üzərində zorakılıq əlamətləri aşkarlanıb. 3 uşaq anası olan qadının keçmiş həyat yoldaşı 35 yaşlı Asif Təyibov tərəfindən amansızlıqla öldürüldüyü məlum olub.
Hadisənin təfərrüatları məlum olub.
Belə ki, 2 ildir ayrı olan qadın keçmiş həyat yoldaşı ilə barışıq razılığına gəlib. Lakin kişi ev tutub, uşaqları da yanlarına aparacaqları vədi ilə qadını aldadıb. O, boş evə çağırdığı qadına işgəncələr verərək öldürüb.
Kişi Diana Təyibovanın ağzını, əl və ayağını “skoç”la bağlayıb, boğazını qayçı ilə kəsib.
Qeyd edilir ki, ayrılan cütlüyün üç uşağı var imiş. İki uşağı nənə-baba yanında qalırmış.
Bir oğlan uşağı isə ana ilə qalırdı. Hadisə də qadın uşağı məktəbə qoyub qayıdarkən baş verib.
Diana Təyibovanın keçmiş həyat yoldaşı Asif Təyibov şübhəli şəxs qismində polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.










