Dəhşətli qəza ilə bağlı TƏBİB-dən açıqlamabackend

Dəhşətli qəza ilə bağlı TƏBİB-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 09:30 radələrində Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (8 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

“Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb”, – məlumatda bildirilib.