Dəhşətli vulkan püskürməsi – On iki min insan təxliyə edildibackend

Dəhşətli vulkan püskürməsi – On iki min insan təxliyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada Ruanq vulkanında davam edən vulkanik fəaliyyətlər səbəbindən bölgədəki 12 min sakinin təxliyəsinə qərar verilib. Vulkanın püskürdüyü küllər Malayziyaya doğru istiqamətlənib.

NOCOMMENT.az xəbər verir ki, ölkənin Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzinin açıqlamasına görə, vulkanda ən az üç şiddətli partlayış olub.

Nəticədə yaranan kül buludları 5 min metr hündürlüyə qalxıb və 1000 kilometr ərazini əhatə edib. Vulkan püskürmələri nəticəsində ətrafa yayılan kül səbəbindən hava nəqliyyatında ciddi problemlər yaşanıb.

Bölgədəki 7 hava limanında uçuşlar tamamilə dayandırılıb.