Rusiyanın Xabarovsk vilayətinin Kukan kəndindəki evlərdən birində yanğın nəticəsində ana və dörd uşağı həlak olublar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS mılumat yayıb.
Qeyd edilib ki, fevralın 14-də gecə saatlarında Kukan kəndinin Novaya küçəsində yerləşən fərdi ev alovlanıb:
“İlkin məlumata görə, yanğın nəticəsində beş nəfər – bir qadın və dörd uşağı ölüblər. Uşaqlardan üçü azyaşlıdır”.
Hadisə ilə bağlı istintaq aparılır.












