Misirin Minufiyə vilayətində mikroavtobusla yük maşınının toqquşması nəticəsində azı 19 nəfər həyatını itirib, daha 2 nəfər isə xəsarət alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Al-Youm as-Sabia portalı məlumat yayıb.
Yaralılar xəstəxanaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilir.
Qəza Qahirənin şimal-qərbində yerləşən Minufiyə vilayətində baş verib. Hazırda ölən və yaralananlar arasında turistlərin olub-olmadığı barədə məlumat verilmir.