Dəhşətli zəlzələ – SUNAMİ TƏHLÜKƏSİ VARbackend

Dəhşətli zəlzələ – SUNAMİ TƏHLÜKƏSİ VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Yaponiyanın şimal şərqində 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, yeraltı titrəyişlərdən dərhal sonra sunami təhlükəsi elan olunub.

Kyodo agentliyinin yaydığı məlumata görə, meteoroloqlar yeraltı təkanların episentrinin yaxınlığında yerləşən Miyaqi prefekturası sahillərində bir metr hündürlüyündə sunami ola biləcəyi barədə xəbərdarlıq ediblər. Sahil rayonlarının əhalisinə sahil xəttinə yaxınlaşmamaq tövsiyə olunur.

Zəlzələ ocağı okean dibindən 60 kilometr dərinlikdə yerləşib. Yaponiya hökumətində təbii fəlakətlə bağlı operativ qərargah yaradılıb. Miyaqi prefekturasından keçən sürət qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.
Publika.az