Dələduzlar özlərini bu cür təqdim edir – Statistikabackend

Dələduzlar özlərini bu cür təqdim edir – Statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya dövründə Azərbaycan əhalisinin 87%-i telefon və ya internet dələduzları ilə qarşılaşıb.

NOCOMMENT.az xəbər verir ki, bunu “Kasperski”nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov deyib.

O qeyd edib ki, dələduzlar 80% hallarda mətn mesajları ilə əsasən də SMS, Vatsap, Viberdən olan mesajlarla, 32%-i sosial şəbəkələr vasitəsilə, 28%-i isə telefon zənglərilə kiber cinayət törədirlər:

“Zəng edən təcavüzkarlar istifadəçilərə əsasən həftənin bazar ertəsindən cümə axşamına qədər saat 11:00-18:00 arası zəng edirlər. Təcavüzkarlar özlərini 27% hallarda bank və maliyyə təşkilatı, tanınmış brendlərin əməkdaşı, 17% halda mağaza əməkdaşı, 15% halda isə elan saytındakı satıcı kimi necə təqdim edirlər”.