Dələduzluğa görə 11 həbsbackend

Dələduzluğa görə 11 həbs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda dələduzluq əməliyyatında 11 nəfər saxlanılıb.

NOCOMMENT xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi Kiber Suçlarla Mübarizə Şöbəsi məmurları, sosial mediada “Asan yoldan pul qazanmaq istəyirsinizmi?” kimi mesajlar göndərərək insanları aldadan şübhəliləri təsbit etdi.

Şübhəlilərin mesajla cavab verən şəxslərin mobil bankçılıq və debet kartı məlumatlarını ələ keçirərək aldatdıqları müəyyən edilib. Mayın 4-də keçirilən ilk əməliyyatla iki şübhəli tutulub. Növbəti əməliyyatda 9 şübhəli nəzarətə götürülüb.

Şübhəlilərin ev və zəng mərkəzi kimi istifadə etdikləri ünvanda aparılan axtarışlar zamanı 3 ədəd noutbuk, 17 ədəd cib telefonu, 19 ədəd sim kart və hard disk ələ keçirilib.