Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayırbackend

Dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən vəkil Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 25-nə təyin edilib.

İttihama görə, Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın 200 min manatdan çox olduğu bildirilir. Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurub.

Vüqar Səfərli əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.