“Delta” ştammından qorxmaq lazım deyil! – ÇAĞIRIŞbackend

“Delta” ştammından qorxmaq lazım deyil! – ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən günlərdə Azərbaycanda koronavirusun “Delta” və “Britaniya” ştamlarına yoluxma faktları qeydə alındı. “Delta” və “Britaniya” ştamları təhlükəli virus hesab olunur. Virusun ölkəmizdə aşkarlanması insanlarda təşviş yaradıb.

Çoxları yoluxmanın yenidən artmasından və bu səbəbdən də sərt karantin rejiminə qayıdılacağından qorxurlar.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Modern.az-a deyib ki, “Delta” ştammı Azərbaycanda təhlükəli hal almayıb:

““Delta” ştammı Azərbaycanda təhlükəli hal almayıb. Ötən günlərdə Azərbaycanda 31 nəfərin “Delta”, 9 nəfərin isə “Britaniya” ştammına yoluxduğu açıqlandı. Həm o yoluxanların arasında kiminsə xəstəliyi ağır keçirərək, reanimasiyaya düşdüyü və peyvənd olunub-olmamadığı açıqlanmadı. Bu kimi məsələlər araşdırılmalıdır. Müvafiq dövlət qurumları tərəfindən deyirlər ki, məsələn 31 nəfər “Delta” ştammına yoluxub, lakin onun detallarını açıqlamırlar. Elə detallar açıqlanmadığına görə cəmiyyətdə çaşqınlıq və panika yaradırlar. Bu yanlış yanaşmadır”.

A.Əliyev “Delta” ştammının digərləri kimi öldürücü olmadığını söyləyib:

“Vəziyyətə uyğun davranılmalıdır. Dünya statistikasında araşdırmalar da göstərir ki, “Delta” heç də digər viruslar kimi öldürücü deyil. Bizim ölkədə də əhalinin təqribən yarısı peyvəndlənib, bir qismi isə yoluxaraq, sağalıb. Bu halda virus bizdə ciddi problem yaratmıyacaq.

Qorxmağa və ya hər hansı bir çağırış etməyə ehtiyac yoxdur. Sadəcə, çalışmaq lazımdır ki, qapalı yerlərdə mümkün qədər maska taxılsın və ara məsafəsi gözlənilsin. Və bir də ən əsası, peyvənd olunmayanlar peyvəndlənsinlər. “Pfizer” vaksininin vurulması daha yaxşı olardı. Panika yaratmağa əsas yoxdur. Əgər yoluxma artarsa, ağırlaşmalar olarsa, o zaman müəyyən bir qaydalar tətbiq edilə bilər”.