“Delta” variantı ilə bağlı xəbərdarlıq: Daha ölümcül ola bilərbackend

“Delta” variantı ilə bağlı xəbərdarlıq: Daha ölümcül ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli professor Osman Müftüoğlu son dövrlər artan yolxma halları ilə bağlı xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, professor Türkiyədə ölüm sayının artmasına görə narahat olduğunu bildirib.

“Niyə ölüm sayı 100 -ün altına düşə bilmir? Ən pisi 200-ü keçə və ya 300 -ə çata bilər. Cavab isə bəllidi. Çünki insanlar artıq nə maska taxır, nə məsafə gözləyir nə də gigiyena qaydalarına əməl edirlər. Ölüm sayı gözlədiyimizdən də artıqdır.”

Dr. Mehmet Ceyhan isə “Delta” ştamının daha öldürücü olduğunu bildirib.

“Hesablamalarımıza görə, epidemiyanın birinci və ikinci dalğalarında ölüm nisbəti mində 9 idi. Üçüncü dalğada bu rəqəm mində 6 -ya düşdü. Hal -hazırda yaşadığımız dördüncü dalğada, yəni “Delta” variantının üstünlük təşkil etdiyi son dalğada ölüm nisbəti təəssüf ki, yüzdə 1,1 -ə yüksəldi. Oxşar məlumatlar digər ölkələrdən də gəlir. Amerika, İngiltərə və Hindistandan edilən açıqlamalara görə “Delta” variantının “Alfa” variantından daha yüksək ölüm nisbətinə səbəb ola biləcəyi deyilir. ”

Professor insanları ehtiyatlı olmağa çağıraraq qeyd edib: “Dördüncü dalğanın əvvəlində hamımız Delta variantının daha yoluxucu, lakin daha az ölümcül olduğunu düşünürdük. Səhv edə bilərik, ehtiyatlı olmaq lazımdır”.

Qeyd edək ki, son dövrlər Azərbaycanda da koronavirus qurbanlarının sayı yüksəlib.