Delyagin Azərbaycan xalqından ÜZR İSTƏDİbackend

Delyagin Azərbaycan xalqından ÜZR İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dumasının deputatı Mixail Delyagin Azərbaycan xalqından üzr istəyib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, yerli telekanallardan birinin efirində çıxışı zamanı – “Azərbaycanın neft sənayesini məhv etməli və raket zərbəsi endirməliyik”, – deyən deputat bu sözlərinə görə peşman olub.

Delyagin Azərbaycanla bağlı fikirlərinin yanlış olduğu etiraf edərək, səhvinə görə üzr istədiyini bildirib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyagin iddia edib ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır.