Dəm qazı iki can aldı: Abşeronda və İmişlidəbackend

Dəm qazı iki can aldı: Abşeronda və İmişlidə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda 21 yaşlı qadın, İmişlidə isə 69 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

NOCOMMENT xəbər verir ki, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış evində yaşayan 2001-ci il təvəllüdlü Qaracayeva Tahirə Bəxtiyar qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Dekabrın 8-də saat 13 radələrində 1953-cü il təvəllüdlü, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayan Həsənov Muxtarǝli Mətləb oğlu yaşadığı evdə qaz sobasından sızan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.