Dəm qazından zəhərlənən şəxsə ilk yardım belə edilməlidirbackend

Dəm qazından zəhərlənən şəxsə ilk yardım belə edilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəm qazından zəhərlənmə zamanı təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TƏBİB-in feysbuk səhifəsində yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir.

Dəm qazından zəhərlənmə əlamətlərinə əsasən başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s. aid edilir.