Suriyanın İqtisadiyyat və Sənaye naziri Nidal əş-Şaar bildirib ki, respublikanın yeni hakimiyyət orqanları ölkənin yenidən qurulması üçün hərtərəfli plan hazırlayır.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.
“İndi biz Suriya xalqı və dost ölkələrlə birlikdə Suriyanın yenidən qurulmasına başlamaq üçün hərtərəfli plan hazırlayırıq”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, respublikanın yeni hökumətinin formalaşması – “bu, çətin yolun başlanğıcında yalnız bir addımdır.