Dəməşqdəki Konsulluğuna hücumla əlaqəmiz yoxdur – Pentaqonbackend

Dəməşqdəki Konsulluğuna hücumla əlaqəmiz yoxdur – Pentaqon

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran tərəfinə qətiyyətlə bəyan etmişik ki, İranın Dəməşqdəki Konsulluğuna hücumla əlaqəmiz yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinqx ənənəvi brifinqdə bildirib.

O bildirib ki, ölkəsinin rəsmi mövqeyi Tehrana diplomatik kanallar vasitəsilə çatdırılıb:

“Biz İrana özəl kanallarda Dəməşqdə baş verən partlayışa görə məsuliyyət daşımadığımızı açıq şəkildə bildirdik. Bir daha təkrar edirəm, BŞ-ın bu zərbədə heç bir iştirakı olmayıb. Bizim əvvəlcədən bu barədə məlumatımız yox idi. Hazırda ilkin nəticələrə görə, orada bir neçə yüksək səviyyəli SEPAH liderləri olub. Şəxsiyyətləri tam şəkildə təyin edə bilməmişik. Amma bu, hazırda ilkin qiymətləndirməmizdir”

Rəsmi nümayəndə bəyan edib ki, ölkəsi səbəbindən asılı olmayaraq diplomatik nümayəndəliklərə hücumu dəstəkləmir.