Tovuzda qatarın vurduğu şəxs hadisə yerində ölüb.
NOCOMMENT.az-ın məlumatına görə, ölən şəxsin kimliyi dəqiqləşdirilir
***
20:27
Tovuzda bədbəxt hadisə olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Böyük-Kəsik-Gürcüstan dəmir yolunun rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki dəmir yolu xətti keçmək istəyən orta yaşlı kişini qatar vurub.
Əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.