Dəmiri buxarlandıran planet kəşf olundu – Yupiterdən 2 dəfə böyükbackend

Dəmiri buxarlandıran planet kəşf olundu – Yupiterdən 2 dəfə böyük

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yür kürəsindən 456 işıq ili qədər uzaqda və atmosfer temperaturu dəmiri buxarlandıran bir planet kəşf olundu.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “New Atlas” jurnalı elmi məqalə dərc edib. Məqaləyə görə, Bern Universiteti, Danimarka Texniki Universiteti, Cenevrə Rəsədxanası və Yale Universitetindən ibarət beynəlxalq tədqiqat qrupu Yer kürəsindən 456 işıq ili məsafədə uzaqlıqda yerləşən yeni planet kəşf ediblər ki, buranın atmosfer temperaturu dəmiri istiliyilə buxarlandırır.

Tədqiqatçıların ABŞ-ın Arizona ştatındakı 4,3 metrlik “Lowell Exploration” teleskopundakı mütləq dəqiq spektrometrlə kəşf etdiyi və “Mascara” adını verdiyi bu planetdə atmosfer istiliyi 3140 dərəcədir, orada qaz şəklində dəmir, maqnezium və xrom var.

Alimlər Yupiter planetindən təqribən iki dəfə böyük olan Maskaraya 2 b qaz nəhəngi “İsti yupiter” də deyirlər.

Maskaranın kəşfinin digər planetlərin də quruluşunu öyrənməyə və atmosfer mərhələlərini aşkarlamağa kömək edəcəyi bildirilir.

Kəşflər bağlı yeni məlumatlar “Astronomy and Astrophysics” jurnalında dərc edilir.