Demokratlar Baydenin seçkilərdə qələbəsinə şübhə ilə yanaşıblarbackend

Demokratlar Baydenin seçkilərdə qələbəsinə şübhə ilə yanaşıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentinin Co Baydenin köməkçiləri də daxil olmaqla, Demokrat Partiyasının yüksək səviyyəli nümayəndələri Amerika liderinin seçkiqabağı kampaniyaya yanaşmalarına görə qarşıdakı seçkilərdə qələbəsinə şübhə ilə yanaşıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Nəşrdə qeyd olunur ki, demokratlar və Baydenin köməkçilərinin bir hissəsi 6 yanvar 2021-ci il hadisələri, siyasi zorakılıq, demokratiya və Ağ evin keçmiş rəhbəri Donald Trampın xarakteri ilə bağlı seçicilərin narahatlığına əsaslanan prezident seçkilərindəki qələbəsinin “nəzəriyyəsinə” getdikcə daha çox şübhə edirlər.

Nəşr vurğulayır ki, Baydenin ən yaxın tərəfdaşları bu “nəzəriyyə”yə inanırlar, lakin başqaları bunu paylaşmır. Axios-un məlumatına görə, rəy sorğuları Ağ Ev rəhbərinin Trampdan geri qaldığını göstərir.