Dəniz suyu içməli suya çevrilir – QİYMƏTİ AÇIQLANDIbackend

Dəniz suyu içməli suya çevrilir – QİYMƏTİ AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizinin suyunun adi içməli suya çevrilməsi mövzusu, su ehtiyatlarının tükənməsi, əhalinin artması və iqlim dəyişikliyinin yaratdığı su qıtlığı kimi qlobal problemlərlə bağlı aktualdır.

NOCOMMENT.az xəbər verir ki, Dəniz suyunun duzsuzlaşdırılması prosesləri məhz bu ehtiyacları qarşılamaq üçün inkişaf etdirilib və son illərdə müxtəlif ölkələrdə, o cümlədən Xəzər hövzəsinə yaxın regionlarda da tətbiq edilməyə başlanacaq?

Bəs, Xəzərin suyunun adi suya çevrilməsi prosesi ilə bağlı işlər nə yerdədir? Yaxın perspektivə hansı addımlar atılacaq? Dəniz suyunun içməli suya çevrilməsi zamanı burda maya dəyəri nə qədər olacaq?

Bu suallara cavab tapmaq üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Qurumun Mətbuat Xidmətindən bildirildi ki, Xəzər dənizindən içməli suyun alınması üçün əks-osmos texnologiyanın tətbiqi üçün iqtisadi əsaslandırmalar işlənilir:

“Bunu Ələt azad iqtisadi zonasında, Pirallahıda və Sumqayıtda dəniz suyunun təmizlənməsi texnologiyaları üzrə ilkin əsaslandırmalar hazırlanıb.

Dəniz suyunun içməli suya çevrilməsində əsas xərc enerjinin istifadəsinə çəkilən xərcdir. 1 kubmetr dəniz suyun təmizlənməsinə elektrik enerjisi sərfi 3-3.5 kilovatt/saat-dır. Bu da suyun təmizlənməsində enerjinin istifadəsinə görə dəyişir.

Hazırkı qiymətlərlə mövcud texnologiyalarla Xəzərin suyunun duzsuzlaşdırılması texnologiyası qurularsa suyun maya dəyəri 3-3.50 manata başa gəlməsi proqnozlaşdırılır”./  BAKU.WS