Dəniz tısbağası yeyən 78 nəfəri zəhərləndi, 9-u öldübackend

Dəniz tısbağası yeyən 78 nəfəri zəhərləndi, 9-u öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanzaniyanın Pemba adasında 78 nəfər dəniz tısbağasının ətindən zəhərlib.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki,bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Onlardan 9-nun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Zanzibar arxipelaqındakı Pemba adasında baş verib. Dəniz tısbağası əti yedikdən sonra 78 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ölənlərdən 8-i uşaq olub.

Dəniz tısbağası əti Zənzibar sakinləri arasında incəlik hesab olunur, insanlar üçün təhlükəli qida zəhərlənməsi növü gesab edilir. Məhsulda həmçinin ciddi yoluxucu xəstəliklərə səbəb olan bir çox parazit və bakteriya var. Dəniz tısbağası ətində toksinlər və ağır metallar da mövcuddur.

Şərqi Afrika ölkəsi Tanzaniyanın yarı muxtar bölgəsi olan Zanzibarın səlahiyyətliləri insanları dəniz tısbağalarından istifadə etməməyə çağırır.

2021-ci ilin noyabr ayında Pembada biri 3 yaşlı uşaq olmaqla 7 nəfər tısbağa əti yedikdən sonra ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.