Dənizdə batan məktəblinin FOTOSU yayıldı…backend

Dənizdə batan məktəblinin FOTOSU yayıldı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakı şəhər Xəzər rayonu ərazisində dənizdə batan məktəblinin fotosu yayılıb.

NOCOMMENT-in qafqazinfo-ya istinadən məlumatına görə, dənizdə boğularaq ölən 12 yaşlı Mirfərhad Damədov 6-cı sinif şagirdi imiş.

Qeyd edək ki, dünən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Damədov Mirfərhad Nəcəfqulu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.