Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edildibackend

Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən bir gün ərzində “Mərdəkan”, “Nardaran”, “Xaçmaz” sularında xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumata görə, xilasetmə tədbirləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindənidən həyata keçirilib.