Dənizə 1,8 gigavat elektrik xətti çəkiləcək – nə vaxt?backend

Dənizə 1,8 gigavat elektrik xətti çəkiləcək – nə vaxt?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə və Hollandiya Şimal dənizinin altında quracaqları və dünyada öz növünün ən böyüyü hesab edilən yeni LionLink elektrik xətti ilə dəniz külək stansiyalarından təxminən 2 milyon ev təsərrüfatını kifayət qədər elektrik enerjisi ilə təmin edəcəklər.

NOCOMMENT xəbər verir ki, Britaniya hökuməti bildirib ki, yeni LionLink hər iki ölkəni eyni vaxtda dəniz külək stansiyalarına birləşdirəcək və onlara təmiz və əlçatan enerji təmin etməyə imkan verəcək.

Sözügedən xətt dünyada ikinci, lakin ən böyük tutumlu nümunə kimi təsvir edilsə də, xəttin 1,8 giqavatlıq elektrik daşıma qabiliyyəti birinci nümunədən 4 dəfə çoxdur. Bu xətt dənizdəki külək elektrik stansiyalarından əldə edilən elektrik enerjisini ötürəcək ki, bu da ildə təxminən 2 milyon ev təsərrüfatı üçün kifayətdir. Xəttin 2030-cu ildə istismara verilməsi planlaşdırılır.

Layihənin həyata keçirilməsi ilə bağlı imzalar bu gün Belçikanın Ostend şəhərində keçiriləcək Şimal Dənizi Sammitində imzalanacaq.