“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi pilotsuz uçuş aparatları və onlara aid avadanlıqların satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb. Satınalma üzrə qalib “Bimextech” MMC olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri 69.515,57 AZN təşkil edir və yaxın günlərdə tərəflər arasında rəsmi razılaşmanın imzalanacağı gözlənilir.
Alınacaq avadanlıqlar arasında asqılı kamera-zoom, pilotsuz uçuş aparatı (köməkçi dron), asqılı LİDAR kamera (köməkçi drona quraşdırılması üçün), mobil stansiya və digər texniki vasitələr yer alır.