Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vətən Kərimov vəfat edib.
NOCOMMENT.az-ın məlumatına görə, onun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, V.Kərimov uzun illər Dənizkənarı Milli Parkın direktoru vəzifəsində çalışıb. O, son illər Abşerondakı mədəniyyət mərkəzlərinin birinin direktoru olub. 2007-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Xatırladaq ki, V.Kərimov Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, tanınmış hüquqşünas İkram Kərimovun qardaşıdır./İqtisadiyyat.az