Deputat: Ali məktəblərə qəbul qaydaları dəyişməlidirbackend

Deputat: Ali məktəblərə qəbul qaydaları dəyişməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu təkcə dövlət qayğısı deyil, həm də böyük maliyyə yüküdür ki, bunu dövlətimiz təmin edir”.

NOCOMMENT xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Musa Qasımlı deyib.

O bildirib ki, artıq ali məktəblərə qəbul qaydaları dəyişməlidir: “Orta məktəbi bitirəndə verilən imtahanlarla ali məktəblərə qəbul həyata keçirilməlidir. Biz tədricən bu sistemə keçməliyik. Təhsil sistemimizdə keyfiyyətə xüsusi diqqət yetirməliyik ki, şagirdlər repititor yanına getməsin. Kəndl yerlərindən buna görə çoxsaylı müraciətlər gəlir. İnsanların imkanı yoxdur. Biz təhsilə keyfiyyət gətirməliyik. Təhsil bizim millətimizin gələcəyidir”.

Deputat Qənirə Paşayeva isə qeyd edib ki, bu günə qədər valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara I Vitse-prezident Mehiban Əliyeva tərəfindən qayğı göstərilirdi: “Uşaqlar övladlığa götürüləndən sonra da onlara vəsait ödəniləcək. Bu, çox humanist addımdır. 2021-ci ilin büdcə layihəsi bu yaxınlarda Milli Məclisə gələcək. Hökumət üzvlərindən xahiş edirəm ki, cəbhə xəttində yaşayan ailələrin uşaqlarına da xüsusi imtiyazlar verilsin. Cənab Prezidentin də ön cəbhə kəndlərində olan problemlərin araşdırılması və aşkara çıxarılması ilə bağlı tapşırığı var idi.

Düşünürəm ki, bu addımlardan biri kimi ön cəbhədə yerləşən kəndlərdən olan və ödənişli təhsil alan uşaqların təhsil haqqının dövlət tərəfidən ödənilməsi məsələsinə baxılsın. Bu kəndlərdə yaşayanlar üçün güzəştlər, xüsusilə kommunal güzəştlərin edilməsi də mümkündür. İkinci məsələ Qarabağ əlilləri ilə bağlıdıır. Torpaqlarımız uğrunda sağlamlığını itirmiş bütün qruplar üzrə əlillərin uşaqlarına da bu imtiyazlar verilməlidir. Bunu hökumət üzvlərimizdən xahiş edirik”.