Deputat Arman Abovyan: Ermənistan heç kimdir!backend

Deputat Arman Abovyan: Ermənistan heç kimdir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin deputatı, parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının katibi Arman Abovyan ölkə hakimiyyətini sərt tənqid edib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Abovyan Qarabağ müharibəsindən sonra yaranmış yeni situasiyada Ermənistanın proseslərin subyekli deyil, obyektinə çevrildiyini deyib.

“Yeni yaranmış situasiyada region ölkələri mövqelərini format edir. Bəs Ermənistanın bu gedişatda yeri haradadır? Ermənistan sanki yoxdur, ondan heç kim heç nə soruşmur, yaxud müzakirə etməyi lazım bilmir. Ermənistan heç kimdir!”.

Deputat yalnız Rusiyanın Ermənistanın maraqlarını qoruduğunu söyləyib: “Hajkim partiyadan antirus təbliğat eşitmək açığı gülməlidir. İnsanlar sadə həqiqəti anlamalıdırlar – regionda məsələləri ya Türkiyə, ya da Rusiya həll edəcək. Başqa yol yoxdur və olmayacaq”.