Deputat Baş nazirə müraciət etdibackend

Deputat Baş nazirə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına yenidən baxılması xahişi ilə Baş Nazir cənab Əli Əsədova müraciət etdim.

NOCOMMENT.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.

V.Bayramov qeyd edib ki, əvvəlki aylarda pandemiyaya qarşı mübarizədə də qeyri-hökumət təşkilatları ictimai nəzarətin gücləndirilməsi ilə bağlı layihələr icra etmişdilər:

“Bununla belə, karantin dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun hesab olunsa da, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə sərt karantin müddətində icazə verilməyib.

Maarifləndirmə, içtimai nəzarət, vətəndaşlar arasında təbliğatın aparılmasında iştirak edən qeyri-hökumət təşkilatlarının pandemiyanın təsirlərinin minimumlaşdırılmasında fəaliyyəti əhəmiyyətini nəzərə alaraq qeyr-hökumət təşkilatlarının (içtimai təşkilatların) Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına əlavə olunması məqsədəuyğun olardı”.

Deputat ümid edib ki, qeyr-hökumət təşkilatları da sərt karantin müddətində də fəaliyyətlərini davam etdirmək imkanı əldə edəcəklər.