Deputat: Bu qərar verilsə, şagirdlərin hüquqları pozulacaq…backend

Deputat: Bu qərar verilsə, şagirdlərin hüquqları pozulacaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karantin elan olunmayan bölgələrdə dərslərin ənənəvi formada keçirilməsinə qərar verilsə, sərt karantin rejimində olan rayonlardakı məktəblilərin hüquqları pozulacaq.

NOCOMMENT xəbər verir ki, bunu axar.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Anar İsgəndərli karantin elan olunmayan bölgələrdə dərslərin ənənəvi formada keçirilməməsinin səbəbləri haqda danışarkən deyib.

Deputat bildirib ki, belə bir şəraitdə ənənəvi tədrisə tez qayıdan məktəblər digər bölgələrin məktəblərinə nisbətdə daha hazırlıqlı olacaqlar: “Belə fikirləşək ki, yoluxma olmayan və sərt karantin rejimi tətbiq edilməyən rayonlarda dərslər ənənəvi qaydada başladı. Üç aydan sonra respublika əhəmiyyətli konfrans keçirildi, imtahan oldu. Ənənəvi təhsilə daha tez keçmiş şagirdlər bütün suallara cavab verəcəklər, bəs digərləri?!

Tutaq ki, bir ildən sonra Dövlət İmtahan Mərkəzi qəbul imtahanı keçirdi və ya orta məktəblər üçün imtahanlar oldu. Ənənəvi təhsilə keçən rayonların məktəbliləri daha çox sualı cavablandıracaqlar, amma distant təhsil alan abituriyent və şagirdlər məhdudiyyətlərlə üzləşdiyindən nəticələri o qədər də yüksək olmayacaq. O zaman bir rayonun məktəbliləri ilə digər rayonun şagirdləri arasındakı münasibətlərdə birinin haqqı digərinə nisbətdə pozulacaq. Yəni karantin rejimində olan rayonların şagirdlərinin hüquqları pozulmuş olacaq”.