Deputat bu qurumun rəhbərini tənqid etdi: Özünü doğrultmurbackend

Deputat bu qurumun rəhbərini tənqid etdi: Özünü doğrultmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin çıxarılmasından sonra rayonlarda su çatışmazlığı yaranıb”.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında çıxış edən deputat Aqil Abbas deyib.

O bildirib ki, Ağcabədidə 115 artezian sıradan çıxıb və onların heç biri işləmir: “Şəmkirdə də su qıtlığı var. Rayonlardakı problemə görə insanlar təsərrüfatla məşğul ola bilmir və Bakıya axın etməli olurlar. İçməli suya “Azərsu” baxır, vəziyyət bərbaddır. Camaatın suyu olarsa, kənddən köçməz. Təzə kadrlar özünü doğrultmur”.