Deputat: Dövlət şirkətləri parçalanıb özəlləşdirilməlidirbackend

Deputat: Dövlət şirkətləri parçalanıb özəlləşdirilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət əmlakından səmərəli istifadə olunması və onun özəlləşdirilməyə hazırlanması üçün belə bir holdinqin, tikinti sektorunun canlandırılması üçün isə İnşaat Korporasiyasının yaradılması mart ayında elan olunmuşdu və mən bunu alqışlamışdım”.

Qüdrət Həsənquliyev

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Dövlət İnvestisiya Holdinqinin yaradılması ilə bağlı deyib.

Onun sözlərinə görə, işlərin ləng getməsi təəssüfedicidir: “Bizim çox vaxtımız yoxdur. Dövlət əmlakından səmərəli istifadə etməyin bir yolu var: Dövlət şirkətlərinin bir hissəsi bir neçə yerə bölünərək özəlləşdirilməli, bir hissəsi isə investisiya qoyuluşu qarşılığında özəl şirkətlərə uzunmüddətli istifadəyə verilməlidir.

Biznesin inkişafı üçün ölkədə sözdə yox, əməldə məmur özbaşınalığına son qoyulmalı, məhkəmələrin səlahiyyətini mənimsəmiş məmur təbəqəsi yenilənməli, bütün hüquqi mübahisələr məhkəmələr vasitəsilə həll olunmalı, məhkəmə qərarlarını icra etməyən vəzifəli şəxslər haqqında cinayət işi başladılmalı və onlar dərhal tutduqları vəzifələrdən kənarlaşdırılmalıdır. Güclü iqtisadiyyatın yaradılması və korrupsiyaya qarşı effektli mübarizə aparmaq üçün isə güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Yalnız güclü məhkəmə hakimiyyətinin olduğu ölkəyə böyük həcmdə investisiya qoyular, iri pullar ölkədən qaçmaz”.