Deputat Duqinin faciəsinə sevinən azərbaycanlıları QINADIbackend

Deputat Duqinin faciəsinə sevinən azərbaycanlıları QINADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Fazil Mustafa məşhur rus politoloq Aleksandr Duqinin qızı Daria Duqinanın ölümünə sevinən azərbaycanlıları qınayıb.

NOCOMMENT.az xəbər verir ki, parlament üzvü bu barədə feysbuk hesabında paylaşım edib.

“Bəlkə kampaniya başladasınız! Duqin və qızı Darya dörd il öncə cəsarətlə Cocuq Mərcanlıya gəlib təmas xəttindən birbaşa bəyan etmişdilər ki, Qarabağ Azərbaycan torpağıdır və erməni işğalçıları bu torpaqlardan çıxmalıdırlar. Hər halda səngərin o üzündən bizə barmaq silkələyənlərdən deyildilər. Buna görə də sui-qəsdi qisas məqsədi ilə erməni terrorçuları törədib. İçinizdə nəyə haqq qazandırısınızsa qazandırın, üzdə heç olmazsa öz dərdinizə ağlayın.

Ukraynadan, Gürcüstandan, müharibə təhrikindən, imperiya vəhşiliyindən bütün dünya danışacaq, sonra siz də onlara qoşularsınız, indilik istiqaməti erməni terroruna yönəltsəniz doğru olmazmı? Tutar qatıq, tutmasa ayran! Çünki ukraynalı qadının 11 yaşlı uşaqla mifoloji hərəkəti, Ştirlisin qadınının kanalizasiya quyusundakı qəhrəmanlığına bənzər bir şeydir. Neomifologiya”, – deputat vurğulayıb.

Xatırladaq ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina ötən gün həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub.