Deputat əsirlikdən qayıdan Amin Musayevi ziyarət etdi – FOTObackend

Deputat əsirlikdən qayıdan Amin Musayevi ziyarət etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Razi Nurullayev əsirlikdən azad edilən Amin Musayevlə görüşüb.

NOCOMMET.az xəbər verir ki, bu barədə deputat öz “Facebook” hesabında məlumat verib.

“Bu əsirlikdən azad edilən Amin Musayevdir. Yadınızdadırsa, söz vermişdim ki, gəlsin, onu bağrıma basacam. Bu gün xəstəxanadan buraxılıb. Qohumugildədir. Gedib onu bağrıma basdım. İki saat zaman keçirdim, çox söhbətlər etdim. Hələ ayaqüstə dayana bilmir, amma tam bərpa olunacaq, İnşallah”, – deyə millət vəkili qeyd edib.