Deputat hərbçilərin əməkhaqlarından yazdıbackend

Deputat hərbçilərin əməkhaqlarından yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk növbədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşan və hazırda xidmət çəkən hərbiçilərin fədakarlığının heç bir maddi qarşılığı ola bilməz”.

NOCOMMENT.az xəbər verir ki, millət vəkili Kamal Cəfərov bu fikirləri rəsmi “Facebook” hesabında yazıb.

Millət Vəkili hərbçilərin əməkhaqlarının birqata endirilməsi məsələsinə münasibət bildirərək bir sıra məslələrə toxunub.

“Azadlıq qəzetinin feysbuk səhifəsi yazır ki, Milli Məclisin sədri Sahibə Qafarova deyib ki “Hərbiçilərə 2 qat əməkhaqqı lazım deyil”. Bu tamamilə yalandır. Bu fikri ümumiyyətlə heç bir deputat səsləndirməyib. Əksinə bu məsələ hər birimizi narahat edir və bununla bağlı mən də Milli Məclisin deputatı kimi Müdafiə Nazirliyinə şifahi deputat sorğusu edərək aidiyyəti komitə rəhbərlərinə məruzə etmişəm.

Bildirilib ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanıb və ödənilib.

Bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə xidmət edən, o cümlədən hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmaqla, hərbi qulluqçuların əmək haqlarına əlavələr əmsallar formasında ediləcəkdir. Bununla bağlı olaraq, aidiyyəti qurumlar tərəfindən müvafiq fəaliyyət həyata keçirilib. Yaxın zamanlarda, hərbi qulluqçuların əmək haqlarına əlavələrin verilməsi Nazirlər Kabinetinin qərarı formasında təmin ediləcək.

Qeyd etməliyəm ki, bəzi problemlərin həlli xüsusi fəaliyyət tələb edir. Misal üçün deputat sorğusu, vəzifəli şəxslərin Milli Məclisə dəvət edilməsi, vəzifəli şəxslərlə kommunikasiya və s. Ona görə də vətəndaşları narahat edən istənilən məsələlərdə bu imkanlardan tam istifadə edilməlidir. Bu isə bizim vəzifəmizdir. Ümid edirəm ki, hərbiçilərimizlə bağlı məsələ öz həllini tez bir zamanda tapacaq.

Xüsusi qeyd, bəzən müşahidəm göstərir ki, çox təssüf ki, sosial şəbəkələrdə bəzi şəxslər bu cür həssas mövzulardan populizm naminə və siyasi məqsədlər üçün istifadə edir”.