Deputat iş saatının vaxtını dəyişməyi təklif etdi – SƏBƏBbackend

Deputat iş saatının vaxtını dəyişməyi təklif etdi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıda insanlar iki-üç saat tıxacda qalırlar. Əvvəllər bu tıxaclar pik saatda olurdu. İndi isə tıxacın saatı yoxdur. İstənilən saatda baş verir”.

NOCOMMENT xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışında deyib.

O qeyd edib ki, bu məsələdə məsuliyyət daşıyan qurumlar problemin 2022-ci ildə həll edilməsi yollarını deməlidirlər: “Bakı şəhərində nə parklanma problemi həll olundu, nə dayanacaqlar məsələsində ağıllı idarəetmə tətbiq olundu. Halbuki nə yaradırıqsa, adını intellektual qoyuruq. Nəzərə alın ki, bir məmurun saat 9-da işə gəlməsi üşün saat 7- dən yola çıxması lazımdır”.

Deputat Razi Nurullayev də həmkarının təklifini dəstəkləyib. O qeyd edib ki, insanlar saatlarla yolda qalırlar: “Bunu sözlə demək mümkün deyil. Bunun üçün müxtəlif dövlət qurumlarında iş saatının vaxtını dəyişdirmək olar. Məsələn, Finlandiyada insanlar iş saatını özü seçir. Əsas odur ki, iş saatında öz işini yerinə yetirə biləsən”.